Salyanda ağır qəza – Ölən və yaralananlar var

Baş səhifə

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

Modern.az-ın məlumatına görə, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.