
Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.
Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


