ABŞ Konqresi kartellərə qarşı əməliyyatlara son qoyulması ilə bağlı qətnaməni rədd edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ölkənin silahlı
qüvvələrinin Qərb yarımkürəsində narkotik kartellərinə qarşı
istifadəsinə son qoymaq barədə qətnaməni rədd etmək barəsində qərar
veriblər.

Trend-in məlmatına
görə, qərar keçirilən səsvermədən sonra verilib.




Aşağı palatanın 210 üzvü sənədi lehinə, 216 üzvü isə əleyhinə
səs verib.

Qətnamədə ABŞ hərbi qüvvələrinin “prezident fərmanı ilə terrorçu
kimi təyin edilmiş təşkilatlara” qarşı döyüş əməliyyatlarında
istifadəsinin qarşısının alınmasının vacibliyi vurğulanır.