“Oskar” mükafatlandırma mərasimi “YouTube”da yayımlanacaq

Baş səhifə

Bakı. Trend:

“Oskar” mükafatlandırma mərasimi 2029-cu ildən etibarən
televiziyada göstərilməyəcək və “YouTube2 onlayn platformasında
yayımlanacaq.

Trend-in məlumatına görə, bu Amerika Kino Sənətləri və Elmləri
Akademiyası xəbər verib.




“Kinematoqrafiya Sənətləri və Elmləri Akademiyası və “YouTube”
2029-cu il, 101-ci mərasimdən başlayaraq 2033-cü ilə qədər davam
edəcək “Oskar” mükafatlandırma mərasiminə “YouTube”a eksklüziv
qlobal hüquqlar verəcək çoxillik bir razılaşma əldə ediblər”, –
deyə məlumatda bildirilib.

Qeyd edilib ki, video platformada yayım dünya üzrə iki
milyarddan çox izləyici üçün əlçatan olacaq.