Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts Avropa İttifaqını (Aİ)
dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı qərar
qəbul etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri
Bundestaqda çıxışı zamanı deyib.
“Avropadan Ukraynaya davamlı maliyyə dəstəyi kifayət deyil”, –
deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirə edilməsi və
Ukraynaya verilməsi “Ukrayna ordusunun ən azı daha iki il
maliyyələşdirilməsinə imkan verəcək”.
Öz növbəsində, Macarıstanın Baş naziri Viktor Orban Brüsselə
gəldikdən sonra Rusiyanın maliyyə aktivlərinin müsadirə edilməsi
məsələsinin 18-19 dekabr tarixlərində Belçikanın paytaxtında
keçiriləcək Aİ sammitinin gündəliyində olmayacağını açıqlayıb.

