ABŞ Senatı 2026-cı il üçün 900 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin yuxarı palatası çərşənbə günü 2026-cı il müdafiə
büdcəsi layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər
verib.

Məlumata əsasən, sənədi 77 senator dəstəkləyib, 20 senator isə
əleyhinə səs verib.




İndi qanun layihəsinin qüvvəyə minməsi üçün onu ABŞ prezidenti
Donald Tramp imzalamalıdır.

ABŞ Nümayəndələr Palatası sənədi ötən həftə təsdiqləyib.

3000 səhifədən çox olan qanun layihəsinə əsasən, 2026-cı il üçün
müdafiə büdcəsi 900 milyard dollar təşkil edəcək. Qanun layihəsi,
xüsusən də Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardım
nəzərdə tutur.