
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi
Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Hərbi
Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində olaraq şəxsi heyətlə
görüşüb, xidməti-döyüş fəaliyyətini və qışa hazırlıq işlərinin
keyfiyyətini yoxlayıb.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Şəxsi heyətlə görüş zamanı Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar
çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin
formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz
edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların
hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd
edilib.
HHQ komandanı tədris müddətində döyüş hazırlığı və şəxsi heyətin
peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan
müasir silah-texnikaların praktiki mənimsənilməsi məqsədilə təlim
və məşqlərin intensivliyinin, eləcə də keyfiyyətinin artırılması
ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.


