Kubarsi “Barselona” tarixinə düşüb

Baş səhifə

Bakı. Trend:

“Barselona” İspaniya Kubokunun 1/16 final mərhələsinin səfər
oyununda “Qvadalaxara”nı 2:0 hesabı ilə məğlub edib.

Trend xarci
KİV-ə istinadən xəbər verir ki, bu görüşdə “blauqrana”nın
müdafiəçisi Pau Kubarsi də iştirak edib. Bu, ispaniyalı futbolçunun
Kataloniya klubunun forması altında keçirdiyi 100-cü oyun olub.




Beləliklə, Pau “Barselona” tarixində klubun heyətində 100 matç
keçirən ikinci ən gənc futbolçuya çevrilib. Qarşılaşma zamanı onun
yaşı 18 il 10 ay 24 gün olub.

Bu göstərici üzrə rekord vinger Lamin Yamala məxsusdur. O,
100-cü oyununu 17 il 9 ay 17 gün yaşında keçirib. İlk üçlüyü Qavi
tamamlayır – 19 il 2 ay 24 gün.