Hazırda Azərbaycanda müdafiə sənayesi sahəsində 15 özəl şirkət fəaliyyət göstərir – Nazir

Baş səhifə

Bakı. Trend:

Hazırda 15 özəl şirkətin müdafiə sənayesi sahəsindədə lisenziya
əsasında fəaliyyət göstərir.

Trend xəbər
verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev “Müdafiə
Sənayesi Nazirliyi işçilərinin peşə bayramı: 20 illik inkişaf yolu”
adlı tədbirdə çıxışı zamanı bildirib.

Nazir bu şirkətlərin dron texnologiyaları, süni intellekt,
elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər
yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar
apardıqlarını diqqətə çatdırıb.

O, artıq bir sıra özəl şirkətlərin məhsullarının dövlət sifarişi
çərçivəsində Silahlı Qüvvələrə təhvil verildiyini də
vurğulayıb.