
Bakı. Trend:
Naxçıvan Muxtar RespublikasıDövlət Arxiv İdarəsinin bir qrup
əməkdaşı təltif edilib.
Trend xəbər verir ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov
sərəncam imzalayıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasında arxiv işi
sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif
ediliblər:
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı
ilə
Məmmədhəsənov Cəfər Vaqif oğlu
“Rəşadətli əməyə görə” nişanı ilə
Bağırova Aynurə Əsgər qızı
Bağırova Sona Fərəməz qızı
Qasımova Xədicə İsmayıl qızı
Quliyeva Lətifə Lətif qızı
Quliyeva Solmaz Lətif qızı.


