“İnter Mayami” Luis Suarez ilə bağlı qərar verdi

Baş səhifə

Bakı. Trend:

“İnter Mayami”nin hücumçusu Luis Suares yaxın zamanda MLS klubu
ilə yeni müqavilə imzalayacaq.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, 38 yaşlı futbolçu bu mövsüm tarixində ilk dəfə
MLS çempionu olan klubla yeni sözləşməyə imza atmağa hazırdır.

Uruqvaylı forvardın hazırkı müqaviləsi bu ilin 31 dekabr
tarixinə qədər qüvvədədir. O, cari mövsümdə 42 oyuna çıxaraq 14 qol
vurub və 15 məhsuldar ötürmə edib.