
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təsisçiliyi ilə “Tumar Ventures” adlı yeni vençur fondu yaradılıb.
“APA-Economics” xəbər verir ki, bunu müsabiqənin mükafatlandırma tədbirində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib.
“Bu fond bizim üçüncü vençur fondumuzdur”, – deyə T.Kərimli bildirib.


