BNMİ-dən əməliyyat: ifşa olunan mütəşəkkil dəstə üzvlərindən 47 kq narkotik vasitə aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt və
bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum
olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev
saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr
əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin
aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan
İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri
əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən
nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.