SOCAR ilə “MOL Group” arasında Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Azərbaycanın
Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü
sazişi imzalanıb.

Trend xəbər verir ki, bu
barədə SOCAR məlumat yayıb.

Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “MOL Group”un İdarə
Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi
imzalayıblar.




Layihənin operatoru olan “MOL Group” birgə kəşfiyyat layihəsində
65%, SOCAR isə 35% paya malikdir.
Layihə çərçivəsində seysmik tədqiqatların 2026-cı ilin əvvəlində
başlanması, daha sonrakı mərhələdə isə qazma işlərinin aparılması
planlaşdırılır.

Qeyd edək ki, 3 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi”
çərçivəsində SOCAR ilə “MOL Group” şirkəti arasında imzalanan Əsas
Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət
arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji
tərəfdaşlıqda mühüm mərhələdir.

Xatırladaq ki, “MOL Group” şirkəti Azərbaycan bazarına 2020-ci
ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 9,57% pay və xam nefti
Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9%
effektiv pay əldə etməklə daxil olub.