Polşa prezidenti Donald Tuskun zənglərinə cavab vermir

Baş səhifə

Bakı. Trend:

Polşa prezidenti Karol Navrotski artıq neçə həftələrdir ki,
telefon zənglərimə cavab vermir.

Trend xəbər verir
ki, bu barədə Polşanın baş naziri Donald Tusk yerli telekanala
müsahibəsində bildirib.

“O artıq uzun həftələrdir ki, telefona yaxın durmur. Xarici
siyasət məsələsinə gəlincə, mən həqiqətən prezidentlə sıx
əməkdaşlıq üçün müəyyən cəhdlər etdim, amma artıq neçə həftədir ki,
buna heç bir reaksiya yoxdur, üstəlik telefon zənglərinə də məhəl
qoymur”, – baş nazir vurğulayıb.




Tuskun sözlərinə görə, əvvəllər prezidentlə münasibətləri heç də
pis olmayıb.

“Ən azından prezident SMS-lərə və ya telefon zənglərinə cavab
verirdi”, – deyə hökumət başçısı xatırladıb.

Karol Navrotski avqustun 6-da Polşanın prezidenti olub. Həmin
vaxtdan etibarən onun baş nazir ilə münaqişəsi inkişaf etməyə
başlayıb. Artıq avqust ayında Tusk yeni prezidentə və onun
təşəbbüslərinə münasibətdə “amansız olacağını” vəd edib. Noyabrda
isə Navrotski Tusku “1989-cu ildən sonra Polşa tarixində ən pis baş
nazir” adlandırıb.