Xaçmazda “Fest-Payız 2025” adlı festival keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil
İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik
İli” çərçivəsində “Fest-Payız 2025” adlı festival keçirilib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası
Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz
Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və təhsil
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon rəsmiləri və təhsil işçiləri əvvəlcə mərkəzin foyesində
Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət
rəsm əsərləri ilə tanış olublar.




“Fest-Payız 2025” adlı festivalda çıxış edənlər festivalın
əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, festivalın
keçirilməsində əsas məqsəd şagirdlər arasında məsuliyyətli
vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ
etmək və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər
yetişdirməkdir.

Tədbir rəngarəng bədii proqramla davam edib. Mərkəzin şagirdləri
tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram
ab-havasını daha da canlandırıb.

Məktəblilərin bir-birindən maraqlı çıxışları tədbirə xüsusi rəng
qataraq iştirakçılarda xoş ovqat yaradıb.