Bakı. Trend:
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat
yayıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük
Komitəsinin əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd
axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24
kiloqram 115 qram narkotik vasitənin İran İslam Respublikasından
Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

