Bakı. Trend:
“Marsel”in və Danimarka millisinin yarımmüdafiəçisi Pyer-Emil
Höybyerq qarşıdan gələn transfer pəncərəsində Turin təmsilçisi
“Yuventus”un əsas hədəflərindən birinə çevrilib.
Trend bu barədə
“La Gazzetta dello Sport”a istinadən bildirir.
Mənbənin məlumatına görə, “Yuventus” klubu yarımmüdafiə xəttini
gücləndirmək istəyir, lakin bahalı transferlər etməyə hazır deyil.
Lakin nə Provans klubunun rəhbərliyi, nə də baş məşqçi Roberto De
Dzerbinin özü danimarkalı futbolçu ilə ayrılmaq istəmir, çünki o,
komanda üçün vacib oyunçudur.
De Dzerbi həmçinin “Yuventus”un yarımmüdafiəçisi Manuel
Lokatellinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir və
“byankoneri” bundan istifadə edərək italyan futbolçunu danimarkalı
ilə dəyişmək niyyətindədir.

