
Bakıda çox gözəl idman infrastrukturu mövcuddur.
“Report”un məlumatına görə, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) baş katibi Huqo Alonso Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasiminin ardından jurnalistlərə açıqlamasında deyib.
O, Bakının çox gözəl şəhər olduğunu vurğulayıb:
“Bakını “Dünyanın İdman Paytaxtı” elan rdən rəsmi çərçivəni Monakodan Bakıya gətirdik. Paytaxtınızda çox gözəl idman infrastrukturlarının olduğunu bilirik. Bakı daha əvvəl bir sıra beynəlxalq yarışları ev sahibliyi edib. Bu yarışların hər birinin yüksək səviyyədə keçdiyini çox yaxşı xatırlayırıq”.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


