
Bakı. Trend:
Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan Comex
birjasında platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin
qiymətləri 0,16%-dən 5,21%-dək artım göstərib.
Trend xəbər verir
ki, Bakı vaxtı ilə saat 01:50-yə olan məlumata əsasən, NYMEX-də
2026-cı ilin mart ayı üçün çatdırılma ilə palladium fyuçerslərinin
qiyməti troy unsiyası üçün 1621 dollara yüksəlib ki, bu da 5,21%
artım deməkdir.
Eyni zamanda, 2026-cı ilin yanvar ayı üçün çatdırılma ilə platin
fyuçersləri 3,03% bahalaşaraq troy unsiyası üçün 1814,6 dollar
təşkil edib.
Comex birjasında isə 2026-cı ilin fevral ayı üçün çatdırılma ilə
qızılın qiyməti troy unsiyası üçün 4331,7 dollara yüksəlib ki, bu
da 0,16% artıma bərabərdir. Gümüşün 2026-cı ilin mart ayı üçün
çatdırılma ilə fyuçerslərinin qiyməti isə 2,55% artaraq troy
unsiyası üçün 64,025 dollar olub.


