
Bakı. Trend:
İlon Mask insanları kiçik termoyadro reaktorlarının tikintisinə
resurs xərcləmək əvəzinə, günəşin sərbəst enerjisindən istifadə
etməyə çağırıb.
Trend xəbər verir
ki, bu barədə Mask “X” sosial şəbəkəsində paylaşım edib.
Mask qeyd edib ki, “Günəş səmada nəhəng, sərbəst bir termoyadro
reaktorudur. Yer üzündə kiçik termoyadro reaktorları qurmaq
tamamilə cəfəngiyatdır”.
O əlavə edib ki, hətta dörd Yupiter ölçüsündə enerji istehsal
etsək belə, Günəş sistemində istehsal olunan enerjinin demək olar
ki, 100%-ni Günəş təmin edəcək.
Mask insanları “acınacaqlı kiçik reaktorlara” pul xərcləməyə son
qoymağa çağırıb.


