
Atəşkəs əldə olunacağı təqdirdə Ukrayna ərazisində hərbi kontingentlərin yerləşdirilməsi ilə bağlı planların hazırlanması başa çatdırılıb.
APA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
Onun sözlərinə görə, “istəklilər koalisiyası” çərçivəsində bütün istiqamətlər üzrə hərbi planlar mövcuddur və bu planlar həm də quru qoşunlarının yerləşdirilməsini nəzərdə tutur.


