Xaçmazın bu kəndlərində qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

Dekabrın 16-da Xaçmaz rayonunun 27 kəndində qaz təchizatında
fasilə yaranacaq.

Trend xəbər verir
ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, Qusarçay kəndi istiqamətində istismarda olan
D-315 mm-lik ortatəzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə
əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz
təchizatının dayandırılması planlaşdırılır.

Fasilə müddətində Xaçmaz şəhərinin bir hissəsi və 27 kənd –
Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba,
Nərəcan, Ağtala, Qımılqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala,
Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir,
Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Alekseyevka, Ağaşirinoba,
Manafoba, Gəncəli, Krasnı Xutor, Şıxlı kəndləri – ümumilikdə 10 346
abonentin qaz təchizatında fasilə yaranacaq.