Şabranda qanunsuz ov edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının
qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon
ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 1 nəfər
saxlanılıb.




Trend xəbər verir
ki, həmin şəxsdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl
quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.