
Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
“Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resursları daşıyır və müharibəninin uzadılması üçün pul verir. Bu, Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketidir. Təkcə Rusiya bayrağı yox, digər dövlətlərin bayraqları dalğalanan gəmilər də məhdudiyyətlərə məruz qalıb” , – paylaşımda qeyd olunub.
Zelenski bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 656 gəmiyə qarşı sanksiya tətbiqi əks olunan qərarının qüvvəyə minməsi üçün sərəncam imzalanıb. Sanksiyalar altında olan gəmilər 50-dən çox ölkənin bayraqları ilə hərəkət edib. Daha çox Qambiya, Syerra-Leone, Panama və Kamerunun bayraqları istifadə olunub.
Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev bu sanksiyaların sinxronlaşdırılması istiqamətində müttəfiqləri ilə birgə iş görəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


