Türkiyədə sahibkarlar arasında silahlı insident: ölən və yaralanan var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda silahlı
insident baş verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, mübahisə zəmnində törədilmiş insident nəticəsində
1 nəfər ölüb, bir nəfər yaralanıb. Silahlı insident ötən gecə yerli
vaxtla 23:30 radələrində Serdivan rayonunun İstiklal məhəlləsində
fəaliyyət göstərən iki sahibkar arasında baş verib. Küçədə üzbəüz
qonşu olan tütün məmulatları satan dükanın sahibi ilə oyun
salonunun sahib və işçiləri arasında hələlik naməlum səbəbdən
mübahisə yaranıb.




Mübahisənin davaya çevrilməsi zamanı tütün məmulatları
mağazasında çalışan və şəxsiyyəti müəyyən edilməyən şübhəli şəxs
tapança ilə qarşı tərəfə atəş açıb. Açılan atəş nəticəsində adları
hələlik açıqlanmayan iki nəfər yaralanıb. Hadisədən sonra şübhəli
şəxs hadisə yerindən qaçıb.

Ətrafdakıların məlumatı əsasında hadisə yerinə təcili tibbi
yardım və polis əməkdaşları cəlb olunub. Təcili tibbi yardım
avtomobilləri ilə xəstəxanaya çatdırılan yaralılardan biri
həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.