Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi
Qafqaz boru kəməri vasitəsilə 21,122 milyard kub-metr qaz nəql
edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335,1
milyon kub-metr və ya 1,6% çoxdur.

Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 36,303
milyard kub-metr qaz nəql edilib. Qazın nəqlinin 58,2 faizi
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata
keçirilib.