Süni İntellekt Mərkəzində 3 AI layihəsi istifadəyə verilib

Baş səhifə

Bakı. Trend:

Qısa müddət ərzində Süni İntellekt Mərkəzində 3 süni intellekt
(AI) layihəsi istifadəyə verilib.

Trend xəbər
verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin Süni intellekt üzrə
məhsul sahibi İbrahim Süleymanov bu gün Süni İntellekt
Akademiyasında keçirilən “Süni İntellekt Standartlarının Media
Nümayəndələrinə Kommunikasiyası” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu sahədə 3 mindən artıq icma üzvi
formalaşdırılıb:




“Hazırda 15-dən artıq süni intellekt mütəxəssisimiz yetişib,
100-dən çox tələbə bu sahə üzrə ixtisaslaşmaqdadırlar”.

O yekunda əlavə edib ki, Milli Süni İntellekt Mərkəzinin məqsədi
ölkədə süni intellekt (AI) üzrə insan kapitalının
formalaşdırılması, həmçinin AI layihələrinin inkişafını və
yaradılmasını təmin etməkdir.