ABŞ Prezidenti Donald Trampla Ukrayna üzrə danışıqlar müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti
Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti
Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı
aparıblar.

Trend xəbər verir
ki, bu məlumatı “Sky News”a hökumət daxilindəki mənbə
təsdiqləyib.

Mənbənin bildirdiyinə görə, söhbət zamanı tərəflər ABŞ-nin
rəhbərlik etdiyi sülh təşəbbüsü çərçivəsində aparılan danışıqlar
prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. “Aİ-3” liderləri
Vaşinqtonun Ukraynada ədalətli və davamlı sülhün əldə olunması
istiqamətindəki səylərini yüksək qiymətləndiriblər.




Mənbə əlavə edib ki, yaxın günlərdə sülh planı üzərində intensiv
iş davam etdiriləcək.

Böyük Britaniyada ictimai çıxışı zamanı Emmanuel Makron söhbətin
təxminən 40 dəqiqə sürdüyünü bildirib.