Cənubi Koreyada daha iki yüksək patogenli quş qripi ocağı aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada yüksək patogenli quş qripinə daha iki yoluxma
halı qeydə alınıb.

Trend xəbər verir
ki, yeni yoluxmalar Cənubi Çhunqçhon və Kyongi əyalətlərində
yerləşən quşçuluq fermalarında müəyyən edilib.




Bununla da cari mövsümdə yoluxma ocaqlarının sayı 10-a çatıb.
Hazırda həmin təsərrüfatlarda epidemioloji araşdırmalar davam
etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi quşçuluq təsərrüfatlarına virusun
yayılmasının qarşısını almaq üçün qabaqlayıcı və karantin
tədbirlərini gücləndirməyi tövsiyə edib.