“Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfransın ikinci günü müzakirələrlə davam edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya
Əqli Mülkiyyət Təşkilatının birgə keçirdiyi “Əqli mülkiyyət və süni
intellekt” mövzusunda beynəlxalq konfrans dekabrın 10-da öz işini
davam etdirib.

Trend xəbər verir ki,
beynəlxalq konfransın ikinci günündə xarici ekspertlərin “Ümumi
baxış: süni intellekt və əqli mülkiyyət siyasəti”, “Süni intellekt
ilə əlaqəli ixtiraların patentləşdirilməsi (Süni intellekt
vasitəsilə və süni intellekt tərəfindən yaradılan əqli mülkiyyət
obyektləri predmetləri)”, “Patent sistemində süni intellektin alət
kimi tətbiqi: ekspertiza və idarəetmə proseslərində süni
intellektdən istifadə”, “Süni intellekt üzrə əqli mülkiyyət
siyasəti: patent müəllifliyi (ixtiraçılığı) və hüquq sahibliyi
məsələləri” mövzularında məruzələri dinlənilib. Həmçinin “Süni
intellekt və əqli mülkiyyət obyektləri” mövzusunda açıq müzakirələr
üzrə dəyirmi masa təşkil olunub.

Məruzələrdə süni intellekt texnologiyalarının əqli mülkiyyət
sisteminə təsiri diqqətə çatdırılıb.




Bununla yanaşı, süni intellekt tərəfindən yaradılan obyektlərin
hüquqi statusu, müəlliflik və hüquq sahibliyinin
müəyyənləşdirilməsi ilə bağlı aktual yanaşmalar təqdim edilib.

Ekspertlər patent idarələrinin tətbiq etdiyi innovativ həllər və
qarşıya çıxan praktiki çağırışlar barədə məlumat veriblər.