6 ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq

Baş səhifə

Bakı. Trend:

Əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik
ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçiyə altı ay işlədikdən sonra
birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında
işəgötürənlə razılaşdırıldığı vaxtda verilə
bilər
.

İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət
işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda
verilə bilər.




Layihəyə əsasən, işçiyə altı ay işlədikdən sonra birinci iş ili
bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə
razılaşdırıldığı vaxtda veriləcək.

İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət
işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda
veriləcək.

İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız
işəgötürənin mülahizəsi ilə həyata keçiriləcək.