
Azərbaycan tarixi fənni ilə yanaşı, digər fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan dili fənninin tədrisi genişlənir. Bəzi fənlər artıq Azərbaycan dilində keçirilir:
“Artıq ədəbiyyat, hərbi hazırlıq və musiqi fənləri tədris dilindən asılı olmayaraq, bütün siniflərdə Azərbaycan dilində tədris olunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır. Məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrin qiymətləndirilməsidir. Hazırda digər fənlərin də Azərbaycan dilində tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə veriləcək”.

