ABŞ Ukraynaya maliyyə yardımını azaltmaq niyyətindədir – KİV

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları “Böyük Yeddilərin” (G7) maliyyə
nazirlərinin zirvə toplantısı zamanı Ukraynaya pul yardımını
azaltmaq niyyətində olduğunu bəyan edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Görüş zamanı ABŞ tərəfi bildirib ki, 2024-cü ildə Bayden
administrasiyasının razılaşdırdığı G7 kreditinin son tranşları
ödənildikdən sonra Ukraynaya dəstəyi azaldacaq”, – deyə “Politico”
nəşrinin məlumatında qeyd olunub.

Nəşr qeyd edir ki, Ukrayna 2026-cı ildə 71,7 milyard avro büdcə
kəsiri ilə üzləşəcək və yeni vəsait daxil olmadığı halda apreldən
etibarən dövlət xərclərini azaltmağa məcbur qalacaq.