- 09 dekabr, 2025
- 11:06
Süni intellekt iqtisadi artımın hərəkətverici qüvvəsidir.
“Report” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov
“Əqli mülkiyyət və süni intellekt” mövzusunda keçiriIən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, süni intellekt tarixinin mifoloji təsəvvürlərdən tutmuş transformerlərə və generativ modellərə qədər təkamülü olub. Onun qlobal iqtisadiyyatın əsas dayaqlarından birinə və sosial-mədəni transformasiyanın aparıcı faktoruna çevrilmə tarixi var:
“Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, infrastruktur və s. sahələri əhatə edir. Strategiya normativ-hüquqi bazanın təkmilləşdirilməsini də nəzərdə tutur. Data etikası, məsuliyyət məsələlərini özündə cəmləşdirən “Süni intellekt haqqında” qanunun qəbul edilməsi, Süni İntellekt Akademiyasının yaradılmasını nəzərdə tutan tapşırıqlar var və bu, təbii olaraq əqli mülkiyyət sahəsində qanunlarda da dəyişiklikləri gündəmə gətirir”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

