Putin ehtiyatda olan hərbçiləri təlimə çağırdı

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarını 2026-cı ildə hərbi təlimə çağıran fərman imzalayıb.

Modern.az xəbər verir ki, fəmana görə, Rusiyada ehtiyatda olan hərbçilər illik təlim düşərgəsinə göndəriləcək, hökumətə və regional hakimiyyət orqanlarına bunun təşkili tapşırılıb.

Qışda hərbi təlim Rusiyada nadir təcrübədir. Keçən il Putin onun yanvar ayında keçirilməsini tələb edən  fərman imzalayıb – 20 ildən sonra ilk dəfə.

2024-cü ildə oxşar fərman 1 martda, 2023-cü ildə – 10 mayda, 2022 və 2021-ci illərdə – 26 apreldə, 2020-ci ildə – 29 iyunda imzalanmışdı.