BMT-nin Baş katibi Antoniu Quterreş tərəflər arasında münaqişənin kəskinləşməsi fonunda Kamboca və Tailandı səbirli olmağa çağırıb.
“Report” xəbər verir ki, müvafiq paylaşım Baş katibin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
O, Kamboca və Tailand arasında “yenidən başlayan silahlı toqquşmalar haqqında xəbərlərdən” narahatlığını ifadə edib.
“Mən hər iki tərəfi səbirli olmağa və gərginliyin daha da artmasından çəkinməyə, atəşkəs rejiminə sadiqliklərini təsdiqləməyə və mübahisənin dinc vasitələrlə davamlı həlli üçün bütün dialoq mexanizmlərindən istifadə etməyə çağırıram. BMT regionda sülhün, sabitliyin və inkişafın təşviqinə yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır”, – deyə Quterreş yazıb.
Xatırladaq ki, Kamboca və Tailand arasındakı münasibətlər dekabrın 8-də yenidən kəskinləşib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

