
Bratislava. Trend:
Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən
edib. Eyni zamanda, bu gün Şərq ilə Qərb arasındakı müəyyən bir
körpü rolunu oynayırıq.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu
fikirləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter
Pelleqrini ilə mətbuata bəyanatında söyləyi.
Dövlətimizin başçısı qeyd edib: “İnfrastruktura, bağlantılar,
nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki,
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına
çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Mərkəzi
Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut
Azərbaycan ərazisindən keçir”.

