Dövlət orqanlarında kadr qurumlarının təşkili qaydası müəyyənləşib

Baş səhifə

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, dövlət orqanlarında (mərkəzi icra hakimiyyəti orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində, mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanlarda) kadr qurumları həmin orqanların mövcud ştat sayı dairəsində işçilərinin sayına mütənasib olaraq aşağıdakı cədvələ uyğun olaraq təşkil ediləcək:

2

Sıra

№-si

Vəzifələr nomenklaturu üzrə kadr xidməti göstərilən işçi sayı

Kadr məsələləri üzrə ştat

sayı və ya müvafiq struktur bölmə

1.

işçi sayı 100 nəfərədək olduqda

kadr məsələləri üzrə maksimum 2 ştat vahidi

2.

işçi sayı 101 nəfərdən 200 nəfərədək olduqda

kadr məsələləri üzrə

2 ştat vahidi və ya sektor

3.

Işçi sayı 200 nəfərdən çox olduqda

sektor və ya şöbə