Cənubi Koreya səfiri: Qarabağda kəhrizlərin bərpasında iştirak edirik

Baş səhifə
Cənubi Koreya səfiri: Qarabağda kəhrizlərin bərpasında iştirak edirik

Cənubi Koreya 2018-ci ildən Azərbaycanın ənənəvi yeraltı su təchizatı sistemlərinin (kəhrizlər – red.) bərpasında iştirak edir.

Bu barədə “Report”a müsahibəsində Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu bildirib.

Onun sözlərinə görə, bu kəhrizlərin bəziləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşir.

“2018-ci ildən bəri KOICA (Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi – red.) Azərbaycanın ənənəvi (yeraltı – red.) su təchizatı sistemi olan kəhrizlərin bərpasında iştirak edir. Bu kəhrizlərin bəziləri azad edilmiş ərazilərdə bərpa edilib. Biz Azərbaycan hökuməti ilə bu istiqamətdə səylərin genişləndirilməsinə dair müzakirələr aparırıq”, – səfir qeyd edib.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.