6 bank VAIS sisteminə qoşulub – AMB rəsmisi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Gömrük Komitəsi (DGK)
tərəfindən elektron formada banklar və sığorta şirkətləri
tərəfindən gömrük qarantiyalarının və sığortaların təqdim
edilməsini nəzərdə tutan layihə həyata keçirilməkdədir.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının rəsmisi Müşfiq Kərimov
bu gün Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və
Etimad” tədbirində bildirib.




“Mərkəzi Bankın Dövlət Gömrük Komitəsi ilə birgə bir layihəsi
var. Bu layihə elektron formada banklar tərəfindən gömrük
qarantiyalarını və sığorta şirkətləri tərəfindən sığortaların
təqdim edilməsini nəzərdə tutur. Hazırda banklar VAIS (Vahis
Avtomatlaşdırılmış İnformasiya Sisteminə) sisteminə inteqrasiya
prosesindədirlər. Hazırda 6 bank tam araq bu sistemə inteqrasiya
edib. Həmin banklar biznes subyektlərinin 80%-nə xidmət edir. Digər
3 bank test rejimindədir, yaxın vaxtlarda bu sistemə inteqrasiya
edəcəkləri gözlənir. Test rejimində bir sığorta şirkəti də var ki,
bu sistemə qoşulacaq. Bu sistemin ən böyük üstünlüyü qısa müddətdə
gömrük prosesinin keçirilməsi, avtomatlaşdırılma və 7/24 rejimində
fəaliyyət göstərməsidir”, – o bildirib.

“Mərkəzi Bank tərəfindən həyata keçirilən sahibkaryönümlü
islahatlar, elektron inteqrasiya layihələri gömrük proseslərinin də
modernləşdirilməsində mühüm mərhələdir. Ticarət axınları yalnız
texniki infrastrukturdan asılı deyil, həmçinin rəqəmsallaşma da
bunun bir hissəsidir. Bank qaratiyalarının və sığorta
müqavilələrinin elektron inteqrasiyasından danışıldı və
üstünlükləri qeyd edildi. Bunlar özlüyündə bir zəmanət formasıdır.
Ümumiyyətlə, Orta dəhliz boyu ticarət axınlarının, logistikanın
inkişafını görürük. Düşünürəm ki, regionda yeni bir logistika
modeli formalaşır. Bu modelin yaranması dəlalət edir ki, ticarət
axınlarında ödənişlərin edilməsi üzrə zəmanət sistemi vacib olsun”,
– AMB rəsmisi vurğulayıb.