“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək

Baş səhifə
Qarabağ - Ayaks oyununu sloveniyalı hakim idarə edəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun təyinatları bəlli olub.

“Report”un məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.