Bu ilin 11 ayı ərzində 350 blok-qatar qəbul edib

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC
(ADY) bu ilin 11 ayı ərzində 350 blok-qatar, o cümlədən 128 tranzit
qatar qəbul edib.

Trend ADY-yə
istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 34 % çoxdur.




Bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 123 992 TEU
konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün
göstəricisindən (105 496 TEU) təxminən 18 faiz çoxdur.