Bakı. Trend:
Ötən il ölkə əhalisinin 53 faizi icbari tibbi sığortadan
yararlanıb.
Trend xəbər
verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə
Əhmədova “Sağlam Dialoq: Media və Səhiyyə Kommunikasiyasında yeni
Paradiqmalar” mövzusunda təşkil olunan təlimdə çıxışı zamanı
deyib.
Onun sözlərinə görə, ötən il ölkə əhalisinin 53 faizi icbari
tibbi sığortadan yararlanıb:
“2025-ci ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrində
347304 sayda əməliyyat və prosedur icra edilib.
Dövlət tibb müəssisələrində il ərzində ən çox uroloji əməliyyatlar,
təbii doğuş və keysəriyyə əməliyyatları icra olunub.
Özəl tibb müəssisələri də isə İnvaziv radioloji əməliyyatlar,
oftalmoloji əməliyyatlar, ürək damar-cərrahiyyəsi, uroloji və ümumi
cərrahiyyə əməliyyatları icra edilib.
Bu ilin 10 ayı ərzində icbari tibbi sığortadan istifadə etmək
üçün özəl tibb müəssisələrinə 260 mindən çox göndəriş verilib”.

