
Baş nazir Nikol Paşinyan Ermənistanın dövlət bayrağının kilsələrin yaxınlığında yerləşdirilməsi məsələsini müzakirə etməyi təklif edib.
APA xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında bildirib.
“Mən hesab edirəm ki, liturgiyadan əvvəl dövlət himninin səsləndirilməsi, Ermənistan Respublikasının ərazisindəki kilsələrin girişində və ya içərisində Ermənistan dövlət bayrağının olması məsələsi də müzakirə edilməlidir, bu, bir sıra ölkələrdə qəbul edilir”, – Paşinyan qeyd edib.

