Bakı. Trend:
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) regional
gücü bazar günü Benində bir qrup hərbçinin hakimiyyəti ələ
keçirməyə cəhd etdiyi halda konstitusiya nizamını qorumaq üçün
lazım gələrsə istifadə olunacaq.
Trend-in
məlumatına görə, bu barədə birliyin bəyanatında bildirilib.
Porto-Novoda ordunun konstitusiyaya zidd olaraq hakimiyyəti ələ
keçirmə cəhdini qətiyyətlə pisləyən ECOWAS qeyd edib ki, Kotonun
konstitusiyanı və ərazi bütövlüyünü müdafiə etmək üçün regional
sürətli reaksiya qüvvələrinin yerləşdirilməsi də daxil olmaqla,
Benin hökumətini və xalqını dəstəkləyəcək.
Qeyd edək ki, 7 dekabr səhər tezdən bir qrup hərbi zabit milli
televiziya vasitəsilə Benində hakimiyyəti ələ keçirdiklərini və
prezident Patris Talonu vəzifəsindən uzaqlaşdırdıqlarını elan
ediblər. Lakin Milli Qvardiyanın sadiq bölmələri çevriliş cəhdinin
qarşısını alıb və qiyamçıların bəziləri həbs olunub. Hökumət ölkədə
vəziyyətə tam nəzarət etdiyini açıqlayıb.

