Türkiyədə yenə ZƏLZƏLƏ

Baş səhifə

Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar yerin 6,11 kilometr dərinliyində qeydə alınıb.

İndiyədək insan tələfatı və ya maddi zərər barədə məlumat daxil olmayıb.