NARGIS Nəşriyyat evinin “Winter in Azerbaijan” adlı sərgisinin rəsmi açılışı baş tutub (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Winter in Azerbaijan” adlı bayram sərgisinin rəsmi açılışı baş
tutdu. Port Baku Mall-da keçirilən, sənətkarlığı, yaradıcılığı və
bayram əhval-ruhiyyəsini bir araya gətirən bu sərgi ziyarətçiləri
miniatür zəncəfilli şəhərciyə dəvət edir.

Trend xəbər verir ki, təntənəli açılışda qonaqlar bayram
ab-havası ilə qarşılandı. Gün ərzində Qrinç, Olaf, Şaxta Baba və
sehrbaz kimi sevilən obrazlar ziyarətçiləri əyləndirdi, IMEC
tərəfindən hazırlanan uşaq xorunun şən melodiyaları isə məkana
xüsusi ovqat qatdı. Merry Band-in canlı musiqisi bayram atmosferini
daha da zənginləşdirdi. Qonaqlara isti şokolad və qlütensiz peçenye
təqdim edildi. Bundan əlavə, qonaqlara hədiyyə olaraq xüsusi
hazırlanmış “Winter in Azerbaijan” açıqcalarından və zəncəfilli
peçenyelər verildi.

Bundan əlavə, NARGIS komandası “Azərbaycan Hava Yolları” QSC-yə,
“Azərbaycan Dəmir Yolları” QSC-yə, “Azərpoçt” MMC, “Bakı
Metropoliteni” QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, “Wolt”
çatdırılma şirkətinə, MasterCard-a, “Push30” MMC-yə, “Miniboss
Business School” tədris mərkəzinə, “Medsol” MMC-yə, “Kidsberry”
mağazasına, “Glodemia” tədris mərkəzinə, “İticket” MMC-yə, “The
Attack” kafesinə və “a’Nanas” restoranına verdiyi dəstəyə görə
minnətdarlığını bildirir.




NARGIS Nəşriyyat Evi sərginin keçirilməsi üçün məkan ayırdığına
görə Port Baku Mall ticarət mərkəzinə dərin təşəkkürünu
bildirir.

Layihənin geniş auditoriyaya çatdırılmasında dəstəyinə görə
media tərəfdaşlarımıza da təşəkkür edirik. Onlar arasında
televiziya kanalları – AzTV, Mədəniyyət TV, İctimai TV, Xəzər TV,
ARB24 TV, Space TV və Naxçıvan TV; radio stansiyaları – 90 FM
İctimai Radio, Xəzər Radio, Araz Radio, Asan Radio, Avto FM, Dalğa
FM və Planet FM; eyni zamanda onlayn platformalar – Global Media
Group, 1news.az, Day.az, Trend.az, Azernews.az, Milli.az, Azertac
və 7news.az yer alır.

Sərgi 15 yanvara qədər açıq qalacaq. Giriş sərbəstdir.