“Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə daşınan yükün həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə
Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə”
tankerinin istismara verilməsindən üç il ötür. Gəminin istifadəyə
verilməsi mərasimi 7 dekabr 2022-ci il tarixində cənab Prezident
İlham Əliyevin iştirakı ilə baş tutub.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat
yayıb.

Məlumata əsasən, Xəzər dənizində istismar edilən tanker üç il
ərzində müxtəlif limanlara ümumilikdə 130 səfər həyata keçirib və
sözügedən dövrdə 852 449 101 ton neft və neft məhsulu daşıyıb.




Bildirilib ki, son bir ildə isə gəmi 46 səfər edib və bu
müddətdə 287 935 993 ton yükü təyinat limanına çatdırıb.

Qeyd edək ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt
Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7 800 tondur.