Kubokda son 14 mövsümün ən aşağı məhsuldarlığı qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən
aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb.

Trend xəbər verir ki, 8
oyunda cəmi 19 qol vurulub.

Orta məhsuldarlıq 2,375-ə bərabər olub. 1/8 finalda daha aşağı
məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub.




Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub.

Orta göstərici 2,00-a bərabər olub. Qeyd edək ki, ötən mövsüm
1/8 finalda 27 qol qeydə alınmışdı.